İctimai nəqliyyatdan istifadə zamanı sərnişinlərin gedişhaqqını ödəməsi qanunvericiliklə müəyyən edilmiş əsas tələblərdən biridir. Lakin avtobuslarda bəzi sərnişinlərin ödəniş etmədən hərəkət etməsi bu qaydanın pozulması ilə yanaşı, sürücülərin məsuliyyəti məsələsini də gündəmə gətirir. Belə hallarda yalnız ödəniş etməyən sərnişin deyil, onun avtobusda daşınmasına yol verən sürücü də inzibati məsuliyyətə cəlb oluna bilər.

Məsələ ilə bağlı SİA-nın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qanunvericiliyə əsasən, gedişhaqqının ödənilməsi sərnişinin, ödəniş etməyən sərnişinin daşınmasına yol verilməməsi isə sürücünün məsuliyyət dairəsinə daxildir.
Qurumdan qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 319-cu maddəsinə əsasən, şəhərdaxili və rayondaxili avtobuslarda gedişhaqqını ödəmədən hərəkət edən sərnişin 5 manat məbləğində cərimələnə bilər.
Bildirilib ki, Məcəllənin 320-ci maddəsinə əsasən, ödəniş etməyən sərnişinin avtobusda daşınmasına görə sürücü də məsuliyyət daşıyır. Şəhərdaxili marşrutlarda bu hal sürücünün 20 manat məbləğində cərimələnməsi ilə nəticələnə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB