"Bu hərəkətlər davam edərsə.." - SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

"Bu hərəkətlər davam edərsə.." - SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Bəhreyndə Əl-Xəlifə sülaləsinin hərəkətləri yeni regional təhlükəsizlik qaydasında onların hakimiyyətinə xələl gətirə bilər. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü briqada generalı Hüseyn Mohebbi deyib. İranlı general Bəhreyn hökumətinin üç səhvini açıqlayıb: “İrana müdaxiləni asanlaşdırmaq, ABŞ təhlükəsizlik sistemindən asılılığı qorumaq və şiə ruhanilərinin nüfuzunu sarsıtmaq..."

O həmçinin qeyd edib ki, əgər bu hərəkətlər davam edərsə, yeni regional təhlükəsizlik qaydasında Əl-Xəlifə rejiminin yaşaması təhlükə altında olacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə