Türkiyədə Fond qalmaqalı - 75 nəfərdən 1 milyard 361 milyon manat geri alınıb

Türkiyədə Fond qalmaqalı - 75 nəfərdən 1 milyard 361 milyon manat geri alınıb

Türkiyədə fondlarla bağlı aparılan araşdırmalar çərçivəsində 75 nəfərdən təxminən 40,4 milyard lirə ( 1 milyard 361 milyon 480 min manat - Qeyd) vəsait geri alınıb. "Haber Global"ın xəbərində deyilir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat yayıb. Nazirin sözlərinə görə, hazırda araşdırmalar çərçivəsində 498 şübhəli var. Onlardan 129-u həbs edilib, 289 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.

Axtarışda olan 54 şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir, 22 nəfərin isə istintaq hərəkətləri aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə