Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova xəstəxanadan evə buraxılıb. SİA xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, 1949-cu il təvəllüdlü Səmayə Həşimovanın müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilib: "Aparılan müalicə nəticəsində pasiyentin ümumi vəziyyəti stabilləşib. Həkim müayinəsindən sonra ambulator müalicəsini davam etdirmək üçün evə buraxılıb".
Qeyd edək ki, noyabrın 4-də S.Həşimovanın səhhətində ciddi problemlər yarandığı üçün, o, xəstəxanaya yerləşdirilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB