Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesinin müzakirə edildiyini bildirib
Azərbaycan və Almaniyanın xarici işlər nazirləri arasında keçirilən görüşdə Cənubi Qafqazdakı vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və regionda sülhün təmin olunması məsələləri müzakirə edilib.
SİA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Almaniyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, görüş zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonrakı proseslər, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində görülən işlər barədə almaniyalı həmkarına məlumat verib.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan-Ermənistan normallaşma prosesi uzun illər davam edən işğaldan sonra yeni mərhələyə qədəm qoyub və son illərdə müxtəlif istiqamətlərdə inkişaf edib.
O, həmçinin Vaşinqton görüşü və regionda sülh gündəliyi ətrafında aparılan müzakirələrə toxunaraq, bu istiqamətdə əldə olunan nəticələr barədə məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB