Yohan David Vadeful Azərbaycan və Almaniya universitetləri arasında əlaqələrin genişləndirilməsini vacib sayıb - Yohan David Vadeful
Azərbaycan və Almaniya arasında elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur.
SİA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycan və Almaniyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, iki ölkənin universitetləri arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycan və Almaniya tələbələri üçün birgə təhsil proqramlarının və təqaüd imkanlarının yaradılması diqqət mərkəzindədir.
Yohan David Vadeful Azərbaycanda alman dilinin öyrənilməsinə marağın yüksək olduğunu qeyd edib. Onun sözlərinə görə, bu sahədə mövcud imkanların genişləndirilməsi iki ölkə arasında humanitar əlaqələrin inkişafına və gələcək nəsillər arasında münasibətlərin möhkəmlənməsinə töhfə verəcək.
O, elm və təhsil sahəsində əməkdaşlığın Azərbaycan-Almaniya münasibətlərinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB