“Azad edilmiş ərazilərdə qayıdış və məskunlaşma prosesi davam edir” - Ceyhun Bayramov
Azərbaycan və Almaniyanın xarici işlər nazirləri görüş zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, Böyük Qayıdış prosesini və mina təhlükəsini müzakirə ediblər.
SİA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Almaniyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, görüşdə azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi və məskunlaşma prosesinin sürətləndirilməsi barədə ətraflı məlumat verib.
Ceyhun Bayramovun sözlərinə görə, hazırda həmin ərazilərdə yüz minə yaxın insan yaşayır və qayıdış prosesi davam etdirilir.
O, mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işlərə və bölgədə həyata keçirilən humanitar tədbirlərə də diqqət çəkib. Nazir bu məsələlərin Azərbaycan-Almaniya danışıqlarında müzakirə olunan əsas mövzulardan biri olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB