Azərbaycanla Almaniya arasında turizm və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Turist mübadiləsinin artırılması və biznes əlaqələrinin inkişafı diqqət mərkəzində olub.
SİA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Almaniyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, parlamentlərarası əlaqələr çərçivəsində Azərbaycanın Almaniyaya səfəri zamanı turizm sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Həmin müzakirələrdə Almaniyadan Azərbaycana gələn turistlərin sayında 8 faiz artım olduğu və ölkəyə 2005-ci ildə Almaniyadan turistlərin səfər etdiyi qeyd olunub.
Ceyhun Bayramov vurğulayıb ki, turizm və digər iqtisadi sahələr üzrə əməkdaşlığın müzakirəsi üçün müvafiq nazirlər arasında yaxın zamanda görüşün keçirilməsi, eləcə də biznes şurasının təşkil olunması faydalı olardı.
Nazir bu istiqamətdə tərəflərin əməkdaşlığın inkişafına maraqlı olduğunu diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB