“Almaniya Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir” - Yohan David Vadeful
Almaniya Azərbaycanla Ermənistan arasında sülh prosesinin uğurla başa çatmasını, sülh müqaviləsinin imzalanmasını və uzun illər davam edən münaqişəyə son qoyulmasını dəstəkləyir.
SİA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycan və Almaniyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, onilliklər boyu davam edən münaqişə, iztirablar və məcburi köçkünlükdən sonra regionda sülh üçün real imkan yaranıb. O, Vaşinqtonda keçirilən görüşün və ötən il əldə olunan nəticələrin tarixi əhəmiyyətini yüksək qiymətləndirib.
Yohan David Vadeful qeyd edib ki, cari ildə də sülh prosesinin irəlilədilməsi istiqamətində müxtəlif səviyyələrdə görüşlər keçirilib, mətbuat açıqlamaları verilib və xarici işlər nazirləri arasında təmaslar davam etdirilib.
Onun sözlərinə görə, Almaniya hökuməti sülh müqaviləsinin imzalanmasını və məsələnin birdəfəlik həllini istəyir. Nazir Prezident İlham Əliyevin bu istiqamətdə danışıqlara hazır olmasını müsbət qiymətləndirib.
Vadeful Azərbaycanla Ermənistan arasında münaqişənin həllinin beynəlxalq hüququn tələbi olduğunu vurğulayaraq, Almaniyanın gələcəkdə də sülh səylərini dəstəkləyəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB