“Bugünkü qələbələrimizin və nailiyyətlərimizin əsası 1992-ci ildən başlayır” - MUXTAR NAĞIYEV
Səbail Rayon Yeni Azərbaycan Partiyasının sədri Muxtar Nağıyev tədbirdəki çıxışında partiyanın yaranma tarixinə toxunaraq, Azərbaycanın bugünkü inkişafının və əldə etdiyi nailiyyətlərin tarixi əsaslarının daha əvvəlki dövrlərə təsadüf etdiyini bildirib.
SİA xəbər verir ki, sədr çıxışı zamanı qeyd edib ki, Yeni Azərbaycan Partiyasının 34-cü ildönümünə həsr olunmuş tədbirdə nümayiş etdirilən videoçarxda Prezident İlham Əliyevin, eyni zamanda partiyanın sədrinin fikirləri diqqətlə dinlənilib.
Sədr çıxışında partiyanın yaranma tarixinə xüsusi diqqət çəkərək vurğulayıb ki, Prezident İlham Əliyev partiyanın qurultayında bugünkü qələbə və nailiyyətlərin əsasının 21 noyabr 1992-ci ildən başladığını qeyd edib. Həmin tarixdə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirilib.
O, bildirib ki, bu tarixi prosesə daha geniş nəzər saldıqda, Azərbaycanın və xalqın bugünkü xoşbəxt günlərinin başlanğıcını 1969-cu ildən götürmək olar.
Sonda sədr xatırladıb ki, həmin dövrdə Azərbaycan Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri hesab olunurdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB