Ruslar Zaporojye bölgəsinə 24 saat ərzində 692 zərbə endirib

Ruslar Zaporojye bölgəsinə 24 saat ərzində 692 zərbə endirib

Rusiya 24 saat ərzində Zaporojye bölgəsindəki 55 yaşayış məntəqəsinə 692 hücum təşkil etdilər, Zaporojye ərazisinə hücumlar nəticəsində iki nəfər həlak olub, 49 nəfər yaralanıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayətinin Müdafiə Şurasının həmsədri İvan Fedorov "Telegram"da məlumat yayıb.

Onun sözlərinə görə, Zaporojyeyə 11 raket zərbəsi endirilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə