“YAP-ın yaranması müasir Azərbaycan tarixinin mühüm siyasi hadisələrindən biridir” - VÜQAR ZEYNALOV
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov da çıxış edərək fikirlərini səsləndirib.
SİA xəbər verir ki, Vüqar Zeynalov tədbir iştirakçılarını salamlayaraq hər kəsə fəaliyyətində uğurlar arzulayıb.
O bildirib ki, "Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyətə malik hadisədir.
1992-ci il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası mürəkkəb ictimai-siyasi şəraitdə xalqın milli maraqlarını, dövlətçilik ideyalarını və gələcəyə inamını özündə birləşdirən siyasi qüvvə kimi formalaşıb. Partiyanın yaranması Azərbaycanın gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsində mühüm mərhələ olub.
Çıxışda ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmləndirilməsindəki misilsiz xidmətləri xüsusi vurğulanıb. Bildirilib ki, onun zəngin siyasi fəaliyyəti, dövlətçilik təcrübəsi, uzaqgörənliyi və qətiyyətli rəhbərliyi müstəqil Azərbaycanın inkişafında həlledici rol oynayıb.
Vüqar Zeynalov diqqətə çatdırıb ki, 1990-cı illərin əvvəllərində Azərbaycan ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qalmışdı. Ermənistanın hərbi təcavüzü, daxili siyasi qarşıdurmalar və idarəetmədəki ciddi problemlər ölkənin gələcəyini təhlükə altına qoymuşdu. Belə bir şəraitdə Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın tarixində dönüş nöqtəsinə çevrilib.
O, həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə böyük inkişaf yolu keçib. Ölkədə həyata keçirilən genişmiqyaslı iqtisadi və sosial islahatlar, regionların inkişafına yönəlmiş dövlət proqramları, müasir infrastruktur layihələri, nəqliyyat və enerji sahəsində əldə olunan nailiyyətlər Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə töhfə verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB