“Vergilər yalnız büdcə gəlirlərinin formalaşmasına xidmət etmir“ - AYDIN HÜSEYNOV
Vergilər dövlət büdcəsinin əsas gəlir mənbələrindən biri olmaqla yanaşı, iqtisadi inkişafı tənzimləyən, sahibkarlığı dəstəkləyən və investisiyaları stimullaşdıran mühüm vasitədir. Düzgün vergi siyasəti həm büdcə gəlirlərinin artmasına, həm də iqtisadiyyatın inkişafına xidmət etməlidir. Bu baxımdan Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər mühüm iqtisadi əhəmiyyət daşıyır.
SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, iqtisadiyyatın daim dəyişməsi, yeni istehsal sahələrinin yaranması, xidmət sektorunun genişlənməsi və beynəlxalq rəqabətin güclənməsi vergi sisteminin də mütəmadi təkmilləşdirilməsini zəruri edir.
Onun sözlərinə görə, təqdim olunan qanun layihəsi 67 istiqaməti və dörd əsas bloku əhatə edir. Əsas məqsəd biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi, vergi bazasının genişləndirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsidir.
Aydın Hüseynov vurğulayıb ki, burada əsas məsələlərdən biri dövlətin maliyyə maraqları ilə sahibkarlığın inkişafı arasında düzgün tarazlığın yaradılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB