“Azərbaycan-Türkiyə birliyi siyasi gündəmdən deyil, tarixi bağlardan güc alır” - MİLLƏT VƏKİLİ
“Azərbaycan və Türkiyə münasibətləri adi dövlətlərarası əlaqələrin fövqündə dayanan, ortaq tarixə, milli-mənəvi dəyərlərə və xalqlarımızın sarsılmaz qardaşlığına əsaslanan müttəfiqlik nümunəsidir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu münasibətlərin mahiyyətini ən dolğun şəkildə ifadə edir”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, bu fəlsəfə illər ərzində yalnız sözlə deyil, ən çətin məqamlarda nümayiş etdirilən qarşılıqlı dəstək və həmrəyliklə öz təsdiqini tapıb:
”Prezident İlham Əliyevin birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Türkiyədə keçirilən COP31 Liderlər Sammitində iştirakı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla səmimi təmasları da bu baxımdan mühüm siyasi və diplomatik məna daşıyır. Dövlət başçılarının bir araya gəlməsi iki ölkə arasında dialoqun, qarşılıqlı etimadın və strateji müttəfiqliyin davamlılığının ifadəsi kimi dəyərləndirilə bilər.
Xüsusilə son günlər Azərbaycan–Türkiyə münasibətləri ətrafında aparılan müzakirələr fonunda bu görüşün əhəmiyyəti daha aydın görünür. Hesab edirəm ki, Azərbaycanla Türkiyənin münasibətlərini ayrı-ayrı hadisələrin və müvəqqəti fikir ayrılıqlarının yaratdığı təəssüratlarla qiymətləndirmək doğru deyil. Qardaşlıq hər məsələdə eyni düşünmək deyil, fərqli yanaşmalar olduqda belə, bir-birinin yanında dayanmağı və qarşılıqlı hörməti qorumağı bacarmaqdır.
Bu münasibətlərin möhkəmliyini tarix də sübut edib. Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək, Türkiyədə baş vermiş dağıdıcı zəlzələlər zamanı isə Azərbaycanın göstərdiyi həmrəylik xalqlarımızın bir-birinə nə qədər bağlı olduğunu nümayiş etdirdi. Bizim üçün Türkiyənin sevinci də, ağrısı da doğmadır. Eyni hissləri Azərbaycanla bağlı qardaş Türkiyədə də görmüşük.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış dostluq və qarşılıqlı etimad münasibətləri bu tarixi bağlılığın siyasi müstəvidə möhkəmlənməsinə mühüm töhfə verir. Şuşa Bəyannaməsi isə qardaşlığımızı strateji müttəfiqlik səviyyəsində rəsmiləşdirərək əməkdaşlığımızın uzunmüddətli əsaslarını müəyyənləşdirib.
Əsas mesaj ondan ibarətdir ki, Azərbaycan və Türkiyəni birləşdirən bağlar hansısa siyasi gündəmdən və ya ayrı-ayrı hadisələrdən asılı deyil. Bu birlik tarixin sınağından çıxıb, xalqlarımızın iradəsinə söykənir və ortaq gələcəyə xidmət edir.
“Bir millət, iki dövlət” bizim üçün yalnız keçmişdən miras qalan dəyər deyil, bu gün qoruduğumuz və gələcək nəsillərə ötürəcəyimiz qardaşlıq əmanətidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Milli Məclisin gələn il üçün xərclər smetasına baxılıb
Siyasət 12:12Milli Məclisin növbəti plenar iclası keçirilir
Siyasət 11:22Keşlə yağış kollektorunda bərpa və yenidənqurma işləri yekunlaşır
İqtisadiyyat 11:1020 noyabr Ağdamın zəfər və dirçəliş günüdür - DEPUTAT
Siyasət 11:10Peşə təhsilində tələbələrin sayı 40 minə çatıb
Təhsil 10:54Qobustanda top mərmisi tapılıb
Hadisə 10:53Bakıda Gələcəyin Peşələri Sammiti başlayıb
Sosial 10:31Azərbaycan nefti 98 dollara satılır
İqtisadiyyat 10:12Məşhur aktyor həbs edildi - xalasına qarşı dələduzluğa görə...
Şou-Biznes 03:2080 milyon avroluq futbolçu "Mançester Yunayted"in transfer hədəfində
İdman 17 Noyabr 23:22Azərbaycanın aqrar sektoruna dair ABŞ-da mühüm müzakirə keçirib
İqtisadiyyat 17 Noyabr 23:01Vanda güclü zəlzələ olub - TƏCİLİ
Dünya 17 Noyabr 22:33Dünya Bankı ilə birlikdə kənd təsərrüfatına dair yeni layihə hazırlanır - GÖRÜŞ
İqtisadiyyat 17 Noyabr 22:19"Ukraynaya vaxtından əvvəl vəd verilib" - Bayden də danışdı....
Dünya 17 Noyabr 22:02Bu avtomobillər hətta təcrübəli sürücüləri də təəccübləndirəcək...
Texnologiya 17 Noyabr 21:52Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
Hadisə 17 Noyabr 21:35Estoniyaya buludda dövlət niyə lazım idi?
Dünya 17 Noyabr 21:28Məkkə paktına üzv ölkələrin növbəti görüşü Almaniyada baş tutacaq
Dünya 17 Noyabr 21:16İqlim dəyişikliyi qlobal maliyyə sistemi üçün təhlükə yarada bilər...
İqtisadiyyat 17 Noyabr 21:05"Ukraynaya gətirilən xarici qoşunlar Rusiyanın hədəfinə çevriləcək"
Dünya 17 Noyabr 20:56Amerikalıların “sensasiyası” haqqında...
Rəy 17 Noyabr 20:49“Rusiya yanacaqsız qala bilər”
İqtisadiyyat 17 Noyabr 20:27Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
Hadisə 17 Noyabr 20:16Foreign Affairs: Çin səhv hesablayıb...
Dünya 17 Noyabr 20:06Samuxda minik maşını aşıb, xəsarət alanlar var
Hadisə 17 Noyabr 19:59Moldovanın hava məkanı bağlanıb...
Dünya 17 Noyabr 19:54Rus trolları və hakerləri Aİ-nin yeni sanksiyalarına məruz qalıb...
Dünya 17 Noyabr 19:48Ögey qardaş 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
Hadisə 17 Noyabr 19:36Abu Dabi Ukrayna üzrə danışıqların əsas platformasına necə çevrildi...
Dünya 17 Noyabr 19:28FT: Tramp, Putin və Si dünyanı bölmək iqtidarında deyillər...
Dünya 17 Noyabr 19:04İranın Qeşm adasında partlayışlar baş verib
Dünya 17 Noyabr 19:02Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, azı 3 nəfər ölüb
Hadisə 17 Noyabr 18:58Bu səhv Rusiyaya baha başa gələcək...
Dünya 17 Noyabr 18:5138-dən artıq şadlıq sarayında nöqsanlar aşkarlanıb
Sosial 17 Noyabr 18:32Türkiyə Rusiyanın Qara dənizdəki təcavüzünü dayandırmağa qadirdir
Dünya 17 Noyabr 18:27Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 17 Noyabr 18:22Putinin müharibəsi rus kişilərinin bütöv bir nəslini məhv edib...
Dünya 17 Noyabr 18:05Lənkəranda 3 ailənin yaşadığı ev yanıb
Hadisə 17 Noyabr 17:52“Mançester Siti” Halanda əvəzləyici axtarır
İdman 17 Noyabr 17:43Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Texnologiya 17 Noyabr 17:34Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
Siyasət 17 Noyabr 17:34Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
Siyasət 17 Noyabr 17:29Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq
Sosial 17 Noyabr 17:13Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8681
-0,14%
-
GBP
2,2436
+0,04%
-
RUB
2,0687
+0,39%



