Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib

Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib

Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib.

SİA xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda hazırda 1145.18 xalla 124-cü pillədə qərarlaşıb.

Azərbaycan yığması UEFA Millətlər Liqasında Lixtenşteyni (1:0), beynəlxalq yoldaşlıq matçında isə Andorranı (3:1) məğlub edib.

Xatırladaq ki, FIFA reytinqinin ilk sırasında İspaniya (2004.48) seçməsi qərarlaşıb. Argentina millisi (1966.13) ikinci, Fransa komandası (1950.82) üçüncüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə