Tramp Çindədir

Donald Tramp Çinin Silikon Vadisinə bərabər sayılan Şençjen şəhərinə səfər edən ilk ABŞ prezidentidir. ABŞ prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) liderlərinin zirvə toplantısında iştirak etmək üçün Çinin Şençjen şəhərinə gəlib. CNN bu barədə çərşənbə, 18 noyabr tarixində məlumat verib.

Çin prezidenti Si Cinpin Trampı qarşılamaq üçün şəxsən hava limanına gəlib. O, təyyarənin pilləkənlərində gözləyirdi. Trampın gəlişi şərəfinə qırmızı xalça sərilib. Kanalın məlumatına görə, Donald Tramp Çinin Silikon Vadisinə bərabər sayılan və Çinin ən böyük texnologiya nəhənglərinə ev sahibliyi edən şəhərə səfər edən ilk ABŞ prezidentidir.

Şençjendə olarkən Tramp Si Cinpin və Rusiya prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçirəcək. Noyabrın 19-da onların nüvə silahsızlanması və strateji sabitliyi müzakirə etmələri planlaşdırılır. Si Cinpin artıq Putinlə ikitərəfli görüş keçirib. O, həmçinin Trampla ikitərəfli görüş keçirəcək - bu, onun bu il üçüncü görüşüdür.

VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə