"Azərbaycan-Almaniya münasibətlərinin inkişafı hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır" - POLİTOLOQ

"Azərbaycan-Almaniya münasibətlərinin inkişafı hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır" - POLİTOLOQ

"Azərbaycan və Almaniya arasında siyasi-diplomatik təmasların intensivləşməsi xüsusi əhəmiyyət daşıyır. Artıq bu il iki ölkə arasındakı münasibətlər ən yüksək səviyyəyə çatdırılıb. Bu, həm Azərbaycan, həm də Almaniya üçün mühüm önəm kəsb edir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Onun sölərinə görə, Azərbaycan hazırda Almaniya da daxil olmaqla, bir çox Avropa ölkələri üçün mühüm cazibə mərkəzinə çevrilib. Çünki ölkəmiz öz tranzit imkanları ilə həm Asiya, həm də Avropa dövlətlərinin diqqətini ciddi şəkildə cəlb edir. Azərbaycanın logistika imkanları bir çox Qərb ölkələri üçün böyük əhəmiyyət daşıyan geoiqtisadi faktor rolunu oynayır:

"Bu baxımdan Almaniyanın Azərbaycanla yaxınlaşmağa və iki ölkə arasında münasibətləri daha da inkişaf etdirməyə maraq göstərməsi təəccüblü deyil.

Eyni zamanda, Azərbaycan çoxvektorlu xarici siyasət kursuna uyğun olaraq dünyanın bir sıra nüfuzlu ölkələri ilə ikitərəfli münasibətlərini inkişaf etdirir. Bu sıraya, təbii ki, Avropa ölkələri də daxildir.

Hazırda Avropa İttifaqı Azərbaycanın enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlarından biridir. Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyi üzrə tərəfdaşlıq ikitərəfli münasibətlərin məzmununu və keyfiyyətini müəyyən edən əsas istiqamətlərdəndir.

Bu əməkdaşlıq Azərbaycana həm Cənubi Qafqaz regionunda, həm də qlobal miqyasda siyasi və diplomatik mövqelərini gücləndirmək üçün əlavə imkanlar yaradır.

Ümumilikdə, Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu sıraya Böyük Britaniya, İtaliya və Şərqi Avropa ölkələri ilə əməkdaşlığı da aid etmək olar.

Bütün bunlar Azərbaycanın qlobal miqyasda nüfuzunun artdığını, eləcə də Cənubi Qafqaz regionunda liderlik imkanlarının və təsir dairəsinin genişləndiyini göstərir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə