Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə Bərdə-Yevlax avtomobil yolunun Saatlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qadın sürücü idarə etdiyi avtomobillə yolu keçən Bərdə rayonunun Qarağacı kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Əfqan oğlu Qasımovu vurub. Alınan xəsarətlərdən yaralı hadisə yerində dünyasını dəyişib.
Mərhumun meyiti aidiyyəti üzrə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB