...ABŞ-la silahlı münaqişə İrana raket və pilotsuz təyyarələrin hazırlanmasında əvəzsiz təcrübə qazandırdı və ona döyüş sistemlərini sınaqdan keçirməyə imkan verdi, silahların effektivliyini artırmağa yol açdı.
SİA xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri komandanının müşaviri Əli Balali bir müddət bundan əvvəl “RİA Novosti” ilə söhbətində bildirib.
O qeyd edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri həftəsinə təsadüf edən Tehranda keçirilən sərgidə müxtəlif növ silahlar, o cümlədən 3,5 min kilometrə qədər məsafədə hədəfləri vura bilən uzaqmənzilli raketlər, həmçinin 30 saatlıq uçuş qabiliyyətinə malik pilotsuz təyyarələr təqdim olunub.
Balali əlavə edib ki, İran mütəxəssisləri əvvəllər İslam Respublikasının uzun illər riayət etdiyi müdafiə hərbi doktrinasını nəzərə alaraq raket mənzilini 2000 kilometrlə məhdudlaşdırıblar.
İndi isə, Vaşinqtonla münaqişə kontekstində, Tehran hücum taktikalarını tətbiq edib və bu taktikalar istənilən məsafədə hədəfləri vurmaq üçün raket mənzilini artırmağı nəzərdə tutur,- deyə İİKK sözçüsü bildirib.
Qeyd edək ki, bir müddət əvvəl İranın Ali Lideri Müctəba Xamenei silahlı qüvvələrə yalnız region ölkələri ilə məhdudlaşmayan düşmən hərəkətlərinə cavab verməyi əmr etmişdi.
Müşahidəçilər bu açıqlamadan sonra Avropadakı Amerika bazalarına zərbələr endirilə biləcəyini ehtimal edirdilər. Bir müddət əvvəl İran prezidenti Məsud Pezeşkyan Moskvanın Yaxın Şərq münaqişəsindəki prinsipial mövqeyinə və birtərəfli yanaşmanı rədd etməsinə görə Rusiya lideri Vladimir Putinə minnətdarlığını bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB