ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsinə zərbə endirib

ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsinə zərbə endirib

ABŞ Hərbi Hava Qüvvələri İranın Qeşm adasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket buraxılış məntəqəsini hədəfə alıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ-ın hərbi rəsmisi “Al Jazeera“ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, hücum zamanı yüksək dəqiqlikli döyüş sursatlarından istifadə olunub.

ABŞ rəsmisi qeyd edib ki, zərbə ABŞ hərbçilərinə qarşı SEPAH-ın “təcavüzkar fəaliyyəti”nə cavab olaraq müdafiə məqsədilə endirilib.

Hadisə ilə bağlı ABŞ və İran tərəflərindən əlavə rəsmi açıqlama verilib-verilmədiyi məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə