Kanada nəşri Azərbaycanın Avrasiyanın nəqliyyat əlaqələrindəki rolundan yazdı

Kanada nəşri Azərbaycanın Avrasiyanın nəqliyyat əlaqələrindəki rolundan yazdı

Kanadanın “Makdonald-Lorye” İnstitutunun baş eksperti Conatan Berkşir Millerin “Inside Policy” nəşrində “Ticarətin şaxələndirilməsindən kənar – Mərkəzi Asiya Kanada üçün niyə əhəmiyyətlidir?” adlı məqaləsi dərc olunub.

SİA xəbər verir ki, məqalədə Mərkəzi Asiyanın dəyişən qlobal geosiyasi və geoiqtisadi sistemdə artan rolu, Kanadanın regionla əməkdaşlıq perspektivləri, eləcə də Azərbaycanın Avrasiyanın nəqliyyat və ticarət əlaqələrinin inkişafındakı strateji əhəmiyyəti təhlil olunur.

Müəllif Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin artması fonunda Azərbaycanın strateji rolunu vurğulayıb.

“Azərbaycanın Xəzər dənizindəki coğrafi mövqeyi, nəqliyyat əlaqələri və Mərkəzi Asiya ölkələri ilə münasibətləri Türkiyə, Cənubi Qafqaz və Avropa bazarları ilə mühüm bağlantılar yaradır”, – deyə müəllif bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə