"Azərbaycanda 2019–2030-cu illər üçün Məşğulluq Strategiyası icra olunur" - Anar Əliyev

"Azərbaycanda 2019–2030-cu illər üçün Məşğulluq Strategiyası icra olunur" - Anar Əliyev

Dövlət məşğulluq siyasətində əhəmiyyətli islahatlar həyata keçirilir. Əhalinin səmərəli məşğulluğunun təmin edilməsi, rəqabətqabiliyyətli işçi qüvvəsinin hazırlanması və əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşdırılması istiqamətində tədbirlər görülür.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası icra olunur. Strategiya çərçivəsində rəqabətqabiliyyətli işçi qüvvəsinin hazırlanması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması nəzərdə tutulub.

Onun sözlərinə görə, ölkə başçısı tərəfindən təsdiq edilmiş 2020–2026-cı illər üzrə Strategiyanın 2026–2030-cu illəri əhatə edən növbəti tədbirlər planının qəbul edilməsi müəyyən edilmiş strateji hədəflərə nail olunması üçün geniş imkanlar yaradacaq.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə