Noyabrın 19-da Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.
SİA xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Məlumata görə, təmir-quraşdırma ilə bağlı saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ rayonu Yeni qəsəbə, Şəhriyar, F.Rəhimov, A.Səhhət, Z.Əliyeva, Nəsimi, Natəvan, A.Bakıxanov, S.Vurğun, V.Qəhrəmanov, Musabəyova, Nizami, Haqverdiyev, P.Həşimov, İ.B.Qutqaşınlı, H.Əliyev pr, Q.Həmidov, İ.Qayıbov, Şirvani, M.F.Axundov və M.Ə.Sabir küçələrinin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Bu gün həmçinin Ağdaş rayonunun iki kəndində də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat verib. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 19-da saat 09:00-dan işlər başa çatanadək Ağdaş rayonunun Aşağı Ləki və Hapıtlı kəndlərində qazın verilişi müvəqqəti dayandırılacaq.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB