Aqrar sahədə dövlət subsidiyalarından asılı olmayan, dayanıqlı və rəqabətqabiliyyətli sahibkarlığın formalaşdırılması əsas hədəflərdəndir. Bunun üçün sahibkarların investisiya qərarlarında bazar şərtlərini, qiymət tendensiyalarını və tələbatı nəzərə alması vacibdir.
SİA xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) İdarə Heyətinin sədri Yalçın Camalov Bakıda keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları” adlı panel müzakirəsində deyib.
O bildirib ki, bəzi hallarda, xüsusilə bağçılıq subsidiyalarına müraciət edən sahibkarlar daha çox subsidiya ayrılan sahələrə investisiya qoymağa üstünlük verirlər. Lakin belə qərarlar verilərkən bazar şərtləri, qiymət dəyişiklikləri və bazarın dinamikası hər zaman nəzərə alınmır.
Agentlik sədri vurğulayıb ki, investisiya qərarlarının əsasında dövlət dəstəyi deyil, biznesin iqtisadi məntiqi dayanmalıdır. Subsidiyalar aqrar sahənin inkişafında mühüm vasitə olsa da, uzunmüddətli perspektivdə əsas məqsəd onların yaratdığı asılılığı azaltmaq və sahibkarlığın iqtisadi dayanıqlığını gücləndirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB