"Turizm sektorunda çalışanların sayı 46 faiz artıb" - Azadə Hüseynova

"Turizm sektorunda çalışanların sayı 46 faiz artıb" - Azadə Hüseynova

Son illərdə Azərbaycanda turizm sektorunda məşğulluq göstəricilərində artım qeydə alınıb. 2019–2025-ci illərdə bu sahədə muzdla çalışan şəxslərin sayı 46 faiz artaraq 121 min nəfərə çatıb. İctimai iaşə və yerləşmə sektorunda isə artım 56 faiz təşkil edib.

SİA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Bakıda keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları” adlı panel müzakirəsində deyib.

O bildirib ki, turizm məşğulluq imkanlarının geniş olduğu və bir neçə istiqaməti əhatə edən sahədir. Bu sektorda fəaliyyət göstərən subyektlərə yalnız yerləşmə və ictimai iaşə müəssisələri deyil, həmçinin marketinq, nəqliyyat, daşıyıcılıq və digər əlaqəli sahələr daxildir.

Azadə Hüseynovanın sözlərinə görə, turizm sektorunda qeydə alınan məşğulluq artımı sahənin iqtisadiyyatın müxtəlif istiqamətlərinə təsirini də göstərir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə