İrəvanda daşnak təbliğatı güclənir – "sülhsevər" Paşinyanın gözləri qarşısında...

İrəvanda daşnak təbliğatı güclənir – "sülhsevər" Paşinyanın gözləri qarşısında...

“Monte Melkonyan kimi bir terrorçuya film həsr edib erməni körpələrə izlətmək, onları Azərbaycana qarşı düşmən ritorikasında böyütmək əsl faşizm siyasətidir”

Əvvəla ondan başlayaq ki, hazırda rəsmi İrəvan tərəfindən səsləndirilən sülh çağırışları, sadəcə, əzbərlənmiş diplomatik jest xarakteri daşıyır və yalnız Ermənistan hakimiyyətinə lazım olan məqamda səsləndirilir. Əslində, son illər rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsi bağlanması yönündə azacıq bir addımının belə şahidi olmamışıq. Elə təkcə hazırkı Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı bolluca maddələri göstərmək kifayətdir ki, bunu görə biləsən. Baxın, nə qədər müzakirə aparılsa da, Ermənistan hakimiyyəti başqa dövlətin ərazi bütövlüyünü hədəf alan və beynəlxalq hüquq baxımından qəbuledilməz olan o maddələri dəyişdirmək üçün hətta ötəri də olsa cümlələr işlətmir. Sənin konstitusiyanda mənim ölkəmi işğal etməyə səsləyən maddələr yer alırsa, səninlə necə Sülh Müqaviləsi imzalana bilər?

Bütün bunları Nikol Paşinyan hamıdan əla bilir və mən bəribaşdan deyim ki, bu adamın tək məqsədi hazırkı siyasi gerçəklərdən istifadə edib Ermənistanı quyunun dibindən çıxarmaq, gücləndirmək, iqtisadiyyatını yaratmaq və bölgədəki iqtisadi və infrastruktur layihələrə güclü inteqrasiyasına nail olmaqdır. Bu, gerçək faktdır. Bu, ənənəvi erməni hiyləgərliyidir və erməni cəmiyyəti N.Paşinyanı ona görə müdafiə edir ki, keçmiş “Qarabağ klanının” xaraba qoyduğu Ermənistanı quyunun dibindən çıxartsın, ac-yalavac ermənilər bölgədəki inteqrasiya sayəsində ağ günə çıxsınlar, vəssalam. Gec-tez tarix bunu sübut edəcək.

Bu məqamı da qeyd edim ki, 4-5 ildən sonra bu adamın hazırkı hiyləgər siyasəti bizim üçün təhlükəli proseslər yaradacaq, bu da gerçək siyasi proqnozdur. Bəli, təəssüf ki, N. Paşinyan hökuməti bu gün sülh ritorikasından yalnız blef kimi yararlanır.

Xüsusilə daxili siyasət məsələsində. Hazırkı İrəvan rejimi bölgədə yaranmış yeni reallıqlardan erməni xalqında ciddi düşüncə dəyişikliyi üçün deyil, Ermənistan syasətindəki revanşist rəqiblərini sıradan çıxarmaq, onların Ermənistanı quyunun dibindən çıxmasına mane olmaqda ittiham edib, özünə siyasi xallar yığmaq üçün istifadə edir. O, Azərbaycanla imzalanması gözlənilən Sülh Müqaviləsini düşünmür belə. Buyurun, baxın, 2021-ci ildən bəri Ermənistanda daşnak ideologiyasının aradan qaldırılması və ya zəiflədilməsi üçün azacıq addım da atılmadı. Yalnız N.Paşinyanın daxili siyasət üçün istifadə etdiyi siyasi təzyiq ritorikasından başqa. Bunun əvəzində hələ də İrəvanda İkinci Dünya müharibəsində satqın kimi tanınan faşist Njdenin heykəli ucalmaqdadır.

Bir faşistin heykəlinin mövcud olduğu erməni cəmiyyətində azərbaycanlılara qarşı tolerant münasibəti, azərbaycanlılarla sülh şəraitində yaşamaq istəyini təsəvvür etmək belə inandırıcı görünmür qətiyyən. Diqqət edin: bu gün Birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlı əhaliyə olmazın vəhşiliklərini törədən, uşaq və qadınlara qarşı xüsusi amansızlıqı ilə “ad çıxarmış” Monte Melkonyan kimi bir terrorçuya həsr edilmiş filmin hazırlanması daşnak ideologiyasını yaşatmaq deyil, bəs nədir? Deməli, erməni cəmiyyəti hazırkı vəziyyətə və siyasi reallıqlara uyğun səsini astadan çıxartsa da, əslində, dərin daşnak sevdalısı olduğunu hər addımbaşı sübuta yetirir. Siz erməni ictimai fikrinin cəmləşdiyi sosial şəbəkə seqmentinə diqqət etsəniz görərsiniz ki, ən müxtəlif erməni sosial qrupları azərbaycanlılara qarşı dəhşətli nifrət ritorikası ilə çıxış edirlər. Üstəlik, əminliklə deyirəm ki, bu cür ritorika yalnız müxalif siyasi dairələrlə məhdudlaşmır və təhlillər göstərir ki, yayılan bu məlumatlar və kampaniya arxasında Ermənistan hakimiyyətinin özü dayanır.

Bu düşüncə xəstələri hətta 30 ildən sonra azad etdiyimiz qədim Qarabağ torpaqlarımıza özlərinin nə vaxtsa yenidən “qayıdacaqlarını” xəyal edirlər. Bu faşizm deyil, bəs nədir? M.Melkonyan kimi bir cəllada film həsr edib körpə erməni uşaqlarına izlətmək, onların körpə beyinlərində indidən Azərbaycana qarşı nifrət ritorikası formalaşdırmaq ən böyük faşizm təbliğatıdır. Mən siyasətdə gerçəkləri nəzərə almağın tərəfdarıyam. Bu gün erməni cəmiyyəti yalnız sosial yoxsulluqdan qurtulub ayağa qalxmaq, iqtisadi baxımdan “belini düzəltmək” üçün belə yalançı “tolerant” və sülh tərəfdarı libasına bürünüb. Bunlar istənilən zaman öz faşist simalarını ən vəhşi şəkildə ortaya qoymağa hazır həyasız toplumdurlar. Biz gələcəkdə indikindən daha ayıq-sayıq olmalıyıq. Çünki N.Paşinyan kimi siyasi fiqurlar heç zaman sülh təminatı ola bilməz.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə