ABŞ prezidenti Si Cinpinin çıxışı zamanı gözləri bağlı olaraq kameralara tuş gəlib...
...Çinin Şençjen şəhərində keçirilən APEC sammitində liderlərin görüşü zamanı kameralar ABŞ prezidenti Donald Trampı gözləri bağlı və başını aşağı əyərək çəkib.
SİA-nın əldə etdiyi məlumata görə, Glavred xəbər verir ki, bu, Çin prezidenti Si Cinpin Asiya-Sakit okean regionunun inkişaf perspektivləri ilə bağlı çıxış edərkən baş verib. Görüntülər canlı yayımlandığı üçün sosial şəbəkə istifadəçiləri tərəfindən tez bir zamanda diqqət çəkib.
Trampın yanındakı masanın üstündə mikrofon və görüşdən sənədlər olub.
Cultura Colectiva-nın məlumatına görə, epizod təxminən 7-12 saniyə davam edib və Tramp həmin vaxt simultan tərcümə qulaqcıq taxıb. Eyni görüşün geniş kadrlarında ABŞ prezidenti aktiv görünür.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB