“Müasir dövrdə sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib".
Bu fikirləri SİA-ya açıqlamasında PRİM Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Almara Məlikova bildirib.
Onun sözlərinə görə, xüsusilə yeniyetmə və gənclər gün ərzində uzun müddət sosial media platformalarında vaxt keçirirlər: “Sosial şəbəkələr informasiya əldə etmək, ünsiyyət qurmaq və özünüifadə imkanları yaratdığı kimi, onlardan həddindən artıq istifadə psixoloji sağlamlıq baxımından müəyyən risklər də yarada bilər.
Psixoloji araşdırmalar göstərir ki, sosial şəbəkələrdən nəzarətsiz və həddindən artıq istifadə yeniyetmə və gənclərdə narahatlıq, depressiv əlamətlər, özünəinamın azalması, emosional gərginlik və tənhalıq hissinin artması ilə əlaqələndirilə bilər. Bunun əsas səbəblərindən biri sosial müqayisə mexanizmidir. Gənclər sosial mediada başqalarının həyatının yalnız müsbət və uğurlu tərəflərini gördükləri üçün öz həyatlarını həmin görüntülərlə müqayisə edir və özlərini yetərsiz hiss edə bilirlər.
Digər mühüm məqam virtual təsdiq ehtiyacıdır. Bəyənmə, paylaşım və şərhlər vasitəsilə qəbul olunmaq istəyi zamanla insanın öz dəyərini xarici təsdiqlərlə ölçməsinə səbəb ola bilər. Bu isə emosional sabitliyə mənfi təsir göstərərək özünəinam problemlərini gücləndirə bilər.
Sosial şəbəkələrdən həddindən artıq istifadə yuxu rejiminin pozulmasına da səbəb olur. Xüsusilə gecə saatlarında ekran qarşısında uzun müddət qalmaq beynin istirahət prosesinə mənfi təsir göstərir, diqqət və yaddaş funksiyalarını zəiflədə bilər. Yuxu çatışmazlığı isə öz növbəsində emosional həssaslığı artırır və psixoloji rifahın azalmasına gətirib çıxarır.
Elmi tədqiqatlar göstərir ki, sosial mediadan istifadə müddətindən çox, istifadə formasının keyfiyyəti daha böyük əhəmiyyət daşıyır. Faydalı məlumat əldə etmək, öyrənmək və sağlam ünsiyyət qurmaq məqsədilə istifadə edilən sosial media daha az risk yaradır. Lakin passiv şəkildə saatlarla başqalarının həyatını izləmək və özünü onlarla müqayisə etmək psixoloji problemlərin yaranma ehtimalını artırır.
Bu təsirlərin qarşısını almaq üçün ilk növbədə rəqəmsal balansın qorunması vacibdir. Yeniyetmə və gənclər üçün sosial şəbəkələrdən istifadə müddətinin məhdudlaşdırılması, ailədaxili ünsiyyətin gücləndirilməsi, idman və digər sosial fəaliyyətlərə daha çox vaxt ayrılması tövsiyə olunur. Eyni zamanda valideynlərin və müəllimlərin gənclərlə açıq dialoq quraraq onlarda media savadlılığını formalaşdırması mühüm əhəmiyyət daşıyır.
Sağlam psixoloji mühitin qorunması üçün gənclərə sosial mediada gördükləri məzmunun hər zaman reallığı əks etdirmədiyi izah edilməli, onların özünüdəyər hissinin xarici təsdiqlərdən deyil, şəxsi nailiyyətlərindən, bacarıqlarından və real münasibətlərdən qaynaqlandığı aşılanmalıdır. Psixoloji dayanıqlığın gücləndirilməsi, emosional tənzimləmə bacarıqlarının inkişaf etdirilməsi və real sosial əlaqələrin təşviq olunması bu sahədə ən təsirli profilaktik tədbirlər hesab edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Sabah Bakıda leysan yağacaq
Hadisə 15:57YAP – dünənin, bu günün, və sabahın partiyası… - MƏQALƏ
Siyasət 15:23Amerika Səudiyyəni xilas edir? - BAXIŞ BUCAĞI
Dünya 14:22Şəxsi məlumatlar kimin əlinə keçir? - İKT ÜZRƏ MÜTƏXƏSSİS
Texnologiya 13:33Sabah Azərbaycanda yağış yağacaq
Hadisə 13:18Ağdamın dirçəlişi-tarixin yeni səhifəsi - MƏQALƏ
Siyasət 12:02Sabah pensiyalar tam ödəniləcək
Sosial 11:27Şəhərdə yaşayıb şəhəri tanımamaq - KÖŞƏ
Sosial 11:08Ötən gün 37 cinayətin açılması təmin olunub
Hadisə 11:00Hacıqabulda zəlzələ olub
Hadisə 10:54Rəsmi Bakı Monakonu Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:52Gürcüstan DTX-nin rəisi Bakıya səfər edib
Siyasət 10:25İşlə təmin olunanların sayı 2,4 dəfə artıb - NAZİR
Sosial 10:23Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
İqtisadiyyat 10:02Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
İqtisadiyyat 10:00Qızıl ucuzlaşıb, gümüş bahalaşıb
İqtisadiyyat 09:57Putin bu gün Trampla görüşəcək - AÇIQLAMA
Dünya 04:061 saylı Bakı DOST Mərkəzində yeni direktor
Sosial 03:22"Mançester Yunayted" FİFA-ya şikayətə gedir...
İdman 18 Noyabr 23:22Ceyhun Bayramov ABŞ nümayəndələri ilə nəyi müzakirə edib?
Siyasət 18 Noyabr 23:02Gələn Dünya Çempionatında məcburi su fasiləsi olacaq? - İDDİA
İdman 18 Noyabr 22:31Görkəmli kinorejissor Rasim İsmayılovun 90 illik yubileyi keçirilib
Mədəniyyət 18 Noyabr 22:22"Sən tam oğrusan, ayı qaşıyansan" - Paşinyandan müxalifətə HƏDƏ
Siyasət 18 Noyabr 22:02Britaniyalı avtomobil istehsalçısı yeni bahalı oyuncaqla sürpriz etdi
Texnologiya 18 Noyabr 21:52Penelopa Kruz izləyicilərin ona niyə təşəkkür etdiyini bölüşüb...
Mədəniyyət 18 Noyabr 21:28Bərdədə avtomobil piyadanı vurub öldürüb
Hadisə 18 Noyabr 21:142026-cı ilin ən yaxşı orta səviyyəli telefonları açıqlandı...
Texnologiya 18 Noyabr 21:06The Atlantic: Süni intellektin gələcəyi Çində deyil…
Texnologiya 18 Noyabr 20:48Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedib
Siyasət 18 Noyabr 20:44Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8637
-0,24%
-
GBP
2,2325
-0,50%
-
RUB
2,0630
-0,28%



