Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 45,4 min şəxsə əlillik təyin olunub.
Bu barədə SİA-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən məlumat verilib.
Bildirilib ki, əlillik təyin olunan şəxslərdən 18,3 min nəfərə ilkin, 27,1 min nəfərə isə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisələrinin həmin sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Əlillik təyin edildikdən sonra isə şəxslərə əlilliyə görə sosial ödənişlər elektron sistem vasitəsilə proaktiv qaydada təyin olunur.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB