Qambiyanın Myanmaya qarşı qaldırdığı iş üzrə qərarı açıqlanıb

BƏM Myanmanı Rohinca müsəlmanlarına qarşı soyqırımı törətməkdə təqsirli bilib
Qambiyanın Myanmaya qarşı qaldırdığı iş üzrə qərarı açıqlanıb

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Qambiyanın Myanmaya qarşı qaldırdığı iş üzrə qərarı açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, məhkəmə Myanmanın 2017-ci ildə Rohinca müsəlmanlarına qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı soyqırımı törətdiyini müəyyən edib.

Məhkəmənin qərarı 15 hakimdən ibarət tərkibdə 9 lehinə, 6 əleyhinə səslə qəbul edilib.

BƏM Myanmanın soyqırımının qarşısını almaq və onu törədənləri cəzalandırmaq öhdəliklərini də pozduğunu müəyyənləşdirib.

Məhkəmənin bugünkü qərarında qeyd olunur ki, Myanma təhlükəsizlik qüvvələri 2017-ci ildə ölkənin Raxayn ştatının şimalında keçirilən əməliyyatlar zamanı Rohinca əhalisinə qarşı kütləvi qətllər, edamlar, genişmiqyaslı cinsi zorakılıq törədib, mülki şəxslərə hücum edib və yüzlərlə kəndi yandırıb. Məhkəmə bu əməllərin Rohinca qrupunun əhəmiyyətli hissəsini məhv etmək niyyəti ilə həyata keçirildiyi qənaətinə gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə