Ötən gün 79 cinayətin açılması təmin olunub

Ötən gün 79 cinayətin açılması təmin olunub

Noyabrın 19-da ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, 90-nı borclu şəxs olmaqla, axtarışda olan 128 nəfər saxlanılıb.

Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 39 fakt müəyyən edilib. Ümumi çəkisi 83,4 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 10 tüfəng, 1 patron darağı və 25 ədəd patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə