Göyçayda ağır yol qəzası- bir ölü, bir xəsarət alan var

Göyçayda ağır yol qəzası- bir ölü, bir xəsarət alan var

Daha bir ağır yol-nəqliyyat hadisəsi Göyçayda baş verib. SİA xəbər verir ki, hadisə noyabrın 19-da saat 23:30 radələrində rayonun Natəvan küçəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markal avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 35 yaşlı Vasif İsmayılov ölüb, həmyaşıdı Nurlan Cəbrayılov xəsarət alıb.

N.Cəbrayılov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə