...Noyabrın 19-da Berlində keçirilən “könüllülərin koalisiyası” görüşündə iştirakçı dövlətlərin 30-dan çox lideri hərbi əməliyyatların bitməsindən sonra təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynada çoxmillətli müttəfiq hərbi qüvvələrinin yerləşdirilməsi planlarını müzakirə edəcəklər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “European Pravda”nın müxbirinə Yelisey sarayındakı “könüllülərin koalisiyası”nın iclasında Fransanın mövqelərinin hazırlanması ilə məşğul olan mənbə bildirib.
Yelisey Sarayı Ukrayna üçün hazırlanan təhlükəsizlik zəmanətlərinin üç komponentini xatırladıb: Ukrayna Silahlı Qüvvələrinə müdafiənin birinci xətti kimi dəstək, "könüllülərin koalisiyası" çərçivəsində Ukrayna üçün Çoxmillətli Qüvvələrin (ÇMQQ) yerləşdirilməsi və möhkəm hüquqi və siyasi təhlükəsizlik zəmanətlərinin təmin edilməsi...
...Biz həmişə demişik ki, bu koalisiya sülh uğrunda koalisiyadır. Və sülh Ukrayna nə qədər güclü və təhlükəsiz olarsa, bir o qədər güclü və davamlı olacaq və bir daha hücuma məruz qalmayacağına zəmanət veriləcək, - deyə mənbə vurğulayıb.
Xatırladaq ki, “könüllülər koalisiyası”nın ilk birgə hərbi təlimləri hazırda Polşada keçirilir.
22 noyabra qədər davam edəcək manevrlərdə 11 ölkədən təxminən 2800 hərbçi iştirak edəcək.
Təlimlərə Fransa və Böyük Britaniya rəhbərlik edir. Onların məqsədi müharibədən sonra Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün mexanizmləri tətbiq etməkdir. Ən böyük kontingent Fransa (1100 hərbçi) və Böyük Britaniya (300) tərəfindən göndəriləcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB