Uşaqları böyüklər kimi geyindirmək onların psixologiyasına necə təsir edir? - PSİXOLOQ DANIŞDI
"Valideynlər çox vaxt özlərinin yaşamadığı duyğuları övladlarında yaşamaq istəyir və ya onları ideallaşdırırlar. Bəzən yaxının toyuna, məsələn, uşağın dayısının və ya əmisinin toyuna hazırlaşmaq üçün xüsusi müəllimlər tutulduğunun, uşaqların rəqs dərslərinə göndərildiyinin və hətta həmin rəqsi oynamağa məcbur edildiyinin şahidi oluruq".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
_(1)_(1).jpg)
Onun sözlərinə görə, uşağın özünün rəqs etmək istəyib-istəmədiyini, bu istəyin daxilindən gəlib-gəlmədiyini və nə üçün rəqs etdiyinin fərqində olub-olmadığını nəzərə almalıyıq:
"Bəzən isə bunları soruşmadan övladımızı "hamı görəcək", "qonşular nə deyər", "qohumlar nə deyər" və ya "kameraya düş, ömür boyu kasetlərdə, disklərdə qal, hər kəs sənə baxsın və biz də səninlə fəxr edək" kimi fikirlərlə nəyəsə məcbur etmək istəyirik. Əlbəttə ki, bu, uşağın şəxsi sərhədlərini pozmaq, onu nəyəsə məcbur etmək və bacarmadığı təqdirdə özünü yararsız hiss etməsinə səbəb olmaq deməkdir.
Uşaqların geyimləri də xüsusilə onların yaşına uyğun olmalıdır. Ümumiyyətlə, imkan daxilində uşaqları toya aparmamağa çalışmaq lazımdır. Çünki yüksək səs onların psixikasına təsir edir. Bundan əlavə, böyüklər öz aralarında əylənərkən uşaqlar ortalıqda əziyyət çəkirlər: yuxuları gəlir, yata bilmirlər, istədikləri kimi qidalana bilmir və lazımi diqqəti görmürlər. Məcburiyyət qarşısında deyiliksə, övladımızı toya aparmamağımız daha yaxşı olar.
Daha böyük yaşlarda uşaqları toya apardıqda isə onların yaşlarına uyğun geyinmələrinə diqqət yetirmək məqsədəuyğundur. Çünki uşağı vaxtından əvvəl böyütmək sonradan onun öz yaşına uyğun duyğuları yaşaya bilməməsinə səbəb ola bilər. Zaman keçdikcə isə həmin dövrü yenidən yaşamaq istəyi yarana bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB