Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı raket və dron hücumu zamanı X-101 tipli qanadlı raketin Polşanın Lublin vilayətində düşdüyünü təsdiqləyib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, raketin düşdüyü ərazi Ukrayna sərhədindən təxminən 50 kilometr məsafədə yerləşir.
Hadisə nəticəsində xəsarət alan olmayıb və kritik infrastruktur obyektlərinə ziyan dəyməyib.
İnsidentdən sonra Polşanın bir neçə bölgəsində digər hava obyektlərinin də aşkar edildiyi barədə məlumatlar yayılıb.
Polşa müdafiə nazirinin sözlərinə görə, daha bir ərazidə aşkarlanan qalıqlar raketin düşdüyünü göstərir. Üçüncü ərazidə aşkar edilən obyektin isə ilkin qiymətləndirməyə əsasən, reaktiv mühərriklə təchiz olunmuş dron olduğu ehtimal edilir.
Polşanın Baş naziri Donald Tusk bəyan edib ki, hazırda Polşa hava məkanında təhlükə yoxdur.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB