Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı
Azercell-in 30 illik yubileyinə həsr olunan “30 il səninlə” lotereyasında hədiyyə sevincidavam edir! Fakturasız xətt abunəçiləri arasında 11 və 17 noyabr tarixlərində keçirilənnövbəti iki tirajın nəticələrinə əsasən daha 14 nəfər iPhone 17 Pro smartfonunun, 2 nəfərisə Toyota Corolla Cross avtomobilinin sahibi olub.
Beləliklə, lotereya çərçivəsində indiyədək Fakturasız xətt abunəçilər üçün keçirilən dördtirajın nəticəsində ümumilikdə 28 iPhone 17 Pro smartfonu və 4 Toyota Corolla Crossavtomobili qaliblərə təqdim olunub. Hər tirajda 7 smartfonun qalibi gündəlik toplananlotereya şansları, 1 avtomobilin qalibi isə həftə ərzində formalaşan şanslar arasından
müəyyən edilir.
Hədiyyə qazanmaq fürsəti qarşıdakı həftələrdə də davam edəcək. Fakturasız xəttabunəçiləri üçün növbəti tirajlar 24 noyabr, 1, 8 və 15 dekabr tarixlərində, Fakturalı xəttabunəçiləri üçün isə 30 noyabr və 30 dekabr tarixlərində keçiriləcək.
Lotereyada iştirak etmək üçün Azercell tətbiqinin “Lotereya” bölməsində qeydiyyatdankeçmək və ya 3035 qısa nömrəsinə START yazaraq SMS göndərmək və qaydalarıtəsdiqləmək üçün BELI yazıb yenə 3035-ə göndərmək kifayətdir.
Abunəçilər balanslarını artırmaqla, uyğun məhsul və xidmətlərdən istifadə etməklə, eləcədə xüsusi Şans paketlərini aktivləşdirməklə lotereya şansları toplaya bilərlər. Bundan əlavə,abunəçilər mobil tətbiqdə təqdim olunan həftəlik tapşırıqları yerinə yetirməklə əlavə şanslarəldə edə və şanslarını 5 dəfəyədək artıra bilərlər.
Kampaniyanın baş mükafatı – şəhərin mərkəzində yerləşən tam təmirli ikiotaqlı mənzil 30 dekabr tarixində keçiriləcək final tirajında oynanılacaq. Meqa tirajda həm fakturasız, həm də fakturalı xətt abunəçilərinin əvvəlki tirajlarda uduş qazanmamış şansları da iştirak edəcək.
Lotereyanın şərtləri və iştirak qaydaları ilə Azercell-in rəsmi internet səhifəsində tanış ola bilərsiniz.
Lotereyaya qoşulun və növbəti qalib siz olun!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB