Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak edib

Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak edib

Bu gün Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışı keçirilib. SİA xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən yarış Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır.

Builki bilik yarışında respublikanın 50 ali təhsil müəssisəsini təmsil edən komandalar iştirak edib. Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinin komandaları isə layihəyə ilk dəfə qoşulublar.

Yarış zamanı komandalara hər suala cavab vermək və müzakirə aparmaq üçün 60 saniyə vaxt ayrılıb. İştirakçıların cavabları Heydər Əliyev Mərkəzi, Təhsilin İnkişafı Fondu və AMEA-nın Tarix və Etnologiya İnstitutunun nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Bilik yarışının nəticələrinə əsasən, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası birinci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası ikinci, Bakı Dövlət Universitetinin komandası isə üçüncü yeri tutub. Mükafatlandırma mərasimində qaliblərə sertifikatları Alyona Əliyeva və elm və təhsil nazirinin müavini Firudin Qurbanov təqdim ediblər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə