"Bu sizin üçün ən mənfi nəticələrə səbəb olacaq" - Zaxarovadan Estoniyaya MESAJ

"Bu sizin üçün ən mənfi nəticələrə səbəb olacaq" - Zaxarovadan Estoniyaya MESAJ

Estoniya və Rusiya arasında gərginlik durmadan artır. SİA xəbər verir ki, Estoniya hakimiyyətinin Rusiya ilə sərhədi 6 ay müddətinə bağlamaq qərarı fonunda Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Estoniya hakimiyyətinin Rusiya ilə sərhəddəki buraxılış məntəqələrini bağlamaq qərarı qarşıdurma xarakterlidir.

Zaxarova qeyd edib ki, qərar iqtisadiyyatda və sosial sahədə, xüsusən də Estoniyanın özünün sərhədyanı regionlarında ən mənfi nəticələrə səbəb olacaq.

"Ölkəmizə qarşı düşmənçilik hərəkətlərinin qəbuledilməzliyi barədə Rusiyanın mövqeyini Estoniya tərəfinə çatdırmaq üçün Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb", - o bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə