Bakının Sabunçu rayonunda həkimin sürücüsü ilə bağbanı arasında baş verən dava bıçaqlanma ilə nəticələnib. SİA Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsinin Mirqasımov küçəsində yerləşən villada qeydə alınıb.
Məlumata görə, həkimin sürücüsü işləyən 1952-ci il təvəllüdlü Həsənağa Mahmudağa oğlu Həsənov həkimi evə apararkən avtomobildə onun bağbanı ilə mübahisə edib. Mübahisə daha sonra villada əlbəyaxa davaya çevrilib. Nəticədə 74 yaşlı sürücü bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Tərəflər arasında münaqişə onlar evdə sərxoş vəziyyətdə olarkən baş verib. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB