Göygöldə Dövlət Proqramının icra vəziyyəti araşdırılıb

Göygöldə Dövlət Proqramının icra vəziyyəti araşdırılıb

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın yerlərdə icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə Göygöl rayonunda növbəti monitorinq təşkil olunub.

SİA xəbər verir ki, monitorinq çərçivəsində iri fermer təsərrüfatlarına, intensiv bağçılıq və tingçilik bağlarına baxış keçirilib. Həmçinin, soyuducu anbar, emal müəssisələrinin və heyvanlar üçün karantin mərkəzinin yaradılması istiqamətində yerli sahibkarlarla görüşlər baş tutub.

Tədbirin əsas məqsədi Dövlət Proqramından irəli gələn vəzifələrin icra səviyyəsini yoxlamaq, rayonun aqrar potensialından səmərəli istifadə imkanlarını araşdırmaq, müasir və intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi vəziyyəti ilə tanış olmaq və istehsal göstəricilərini yerində təhlil etmək olub.

Baxış zamanı təsərrüfat rəhbərləri və sahə mütəxəssisləri ilə geniş fikir mübadiləsi aparılıb. Rayonun aqrar sektorunun davamlı inkişafının təmin edilməsi, məhsuldarlığın və istehsal həcminin artırılması, eləcə də yerli əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti qurumların məsul şəxslərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə