Danimarkadan QƏRAR - Rusiyanın hərbi attaşesi ölkədən çıxarılır

Danimarkadan QƏRAR - Rusiyanın hərbi attaşesi ölkədən çıxarılır

Daha bir ölkə Rusiyaya qarşı sərt addım atıb. SİA xəbər verir ki, Danimarka hakimiyyəti Rusiya hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib. Bu barədə Danimarkanın xarici işlər naziri Lars Rasmussen məlumat verib.

Onun sözlərinə görə, Rusiya səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Rasmussen, həmçinin Avropa ölkələrini Rusiya vətəndaşlarına viza verilməsini dayandırmağa çağırıb.

Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın müvafiq addımlar atacağını bildirib.

Qeyd edək ki, Rusiya kəşfiyyatının sentyabrın 25-də Danimarkada konsert verməli olan ukraynalı reperi öldürmək üçün iki Danimarka vətəndaşını cəlb etdiyi iddia olunur.

Danimarka hüquq-mühafizə orqanları repərə qarşı hazırlanan sui-qəsd cəhdinin qarşısını alıblar.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə