Fransada polisin silahdan istifadəsi haqqında yeni qanun qüvvəyə mindi

Fransada polisin silahdan istifadəsi haqqında yeni qanun qüvvəyə mindi

Fransa Senatı polis və jandarma əməkdaşlarının odlu silah tətbiqinin qanuniliyi prezumpsiyasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. SİA xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata görə, sənəd 205 lehinə, 110 əleyhinə səslə qəbul edilib. Qanun layihəsi daha əvvəl parlamentin aşağı palatası tərəfindən də təsdiqlənib.

Sənədə əsasən, polis və jandarma əməkdaşları odlu silahdan istifadə etdikdə, əksi sübut olunana qədər qanun çərçivəsində hərəkət etmiş hesab ediləcəklər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə