"Azərbaycan-Vyetnam münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi" - DEPUTAT

"Azərbaycan-Vyetnam münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi" - DEPUTAT

"Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri 2025-ci ildə qurulmuş Strateji Tərəfdaşlığı konkret iqtisadi, logistik və diplomatik layihələrlə möhkəmləndirmək məqsədi daşıyır".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Vyetnam 66 ilə söykənən tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur:

"Son illər iki ölkə arasında intensiv əməkdaşlıq əlaqələri var. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi artır, neft-qaz sənayesində əlaqələr inkişaf edir, kiçik və orta biznesin arasında qarşılıqlı fəaliyyət üçün platformalar yaradılır. Eyni zamanda, xüsusilə Azərbaycanın tranzit qovşağı kimi artan əhəmiyyətini nəzərə alaraq, mədəni dialoq gücləndirilir və nəqliyyat və logistika sahəsində yeni perspektivlər açılır.

Azərbaycan ilə Vyetnam qarşılıqlı olaraq milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsipləri əsasında sıx əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT-də, Qoşulmama Hərəkatında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə bir-birinə dəstək verirlər.

Cənab prezident ilham Əliyevin Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı qeyd etdiyi kimi hazırda Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik. Sözsüz ki, əməkdaşlığımız ölkələrimizə və xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir.

Cənab prezidentin Vyetnam Sosialist Respublikasına bu rəsmi səfəri bundan sonrakı münasibətlərə müsbət təsir edəcəkdir. Hər iki ölkə arasındakı əməkdaşlığın əhatəsi daha da genişlənəcəkdir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə