Koşta Ukrayna üçün maliyyələşdirməni davam etdirməyi təklif edib

Koşta Ukrayna üçün maliyyələşdirməni davam etdirməyi təklif edib

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Aİ-nin ümumi xərclərin azaldılmasını nəzərdə tutan 2028-2034-cü illər üzrə çoxillik büdcəsinə dair öz təklifini təqdim edib.

SİA xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib.

"Konkret olaraq mənim təklifim Avropa Komissiyasının ilkin təklifindən 10 % aşağıdır – milli töhfələri məqbul səviyyədə saxlamaq üçün cari qiymətlərlə 204 milyard avro məbləğində azalma nəzərdə tutulur", – Koşta öz təklifini təqdim edərkən bildirib.

Bununla yanaşı, o, xüsusi "Ukraine Reserve" aləti çərçivəsində Ukrayna üçün maliyyələşdirməni cari qiymətlərlə 100 milyard avroyadək (2025-ci ilin sabit qiymətləri ilə 88,869 milyard avro) məbləğdə saxlamağı təklif edib.

Xüsusilə dəstək büdcə təminatları, borcdan fərqli maliyyələşdirmə, eləcə də Aİ-nin büdcə imkanları ilə təmin edilmiş kredit yardımı formasında veriləcək.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə