"Qalatasaray"dan QƏLƏBƏ, "Fənərbağça" xal itirdi

"Qalatasaray"dan QƏLƏBƏ, "Fənərbağça" xal itirdi

Futbol üzrə Türkiyə Superliqasında “Qalatasaray” öz meydanında “Samsunspor”la qarşılaşıb. SİA xəbər verir ki, görüş İstanbul təmsilçisinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk matçdan sonra qırmızı vərəqə alıb. O, bununla “Beşiktaş”la keçiriləcək derbidə komandasının yanında olmayacaq. Bu nəticədən sonra “Qalatasaray”ın xalları 31-ə çatıb və komanda liderliyini qoruyub. “Samsunspor” isə 7 xalla 17-ci pillədə qərarlaşıb.

Eyni gündə “Fənərbağça” da səfərdə “Kocaelispor”la üz-üzə gəlib. Gərgin keçən qarşılaşma 2-2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra "Fənərbağça" ilə lider "Qalatasaray" arasındakı xal fərqi 11-ə çatıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə