Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-pri yarışında J1 kateqoriyası, +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev bürünc medal qazanıb.
Bu barədə SİA-ya Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Paracüdoçumuz 1/8 finalda britaniyalı Den İnqliş üzərində qələbə qazanıb, 1/4 finalda moldovalı İan Basoka məğlub olub. Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu üstələyən İlham Zəkiyev bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB