“Qalatasaray”ın baş məşqçisi meydandan qovulub

“Qalatasaray”ın baş məşqçisi meydandan qovulub

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Türkiyə Superliqasının XII turunda “Samsunspor”la keçirilən oyundan sonra qırmızı vərəqə alıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis qarşılaşmanın final fitindən sonra ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Baş hakim Ali Şansalanın qərarı nəticəsində Okan Buruk XIII turda “Beşiktaş”la keçiriləcək derbidə komandasının yanında ola bilməyəcək.

Qeyd edək ki, “Qalatasaray” “Samsunspor”u 2:1 hesabı ilə məğlub edərək xalını 31-ə çatdırıb və liderliyini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə