Məşhur "Evdə tək" filminin davamı çəkiləcək. Məlum olub ki, ekran işində orijinal filmin ulduzu Makoley Kalkini yenidən baş rola qayıtması gözlənilir.
Bildirilib ki, yeni filmin ssenarisi üzərində Set Rogen və Evan Qoldberq çalışır. Onlar layihənin həm ssenari müəllifi, həm də prodüseri olacaqlar.
Məlumata görə, aktyorun canlandırdığı Kevin Makkalister obrazı bu dəfə böyümüş və ata olmuş şəxs kimi tamaşaçıların qarşısına çıxa bilər. Belə ki, Kevin övladını böyüdən, işinə çox vaxt ayırdığı üçün onunla münasibətlərində problemlər yaşayan ata olacaq. Hadisələrin gedişində Kevin öz evindən kənarda qalacaq, oğlu isə atasının içəri daxil olmasına mane olmaq üçün müxtəlif tələlər quracaq. Beləliklə, orijinal filmdəki hadisələrin əksinə, bu dəfə tələlərə düşən tərəf Kevin olacaq.
Filmin çəkiliş tarixi, rejissoru və digər aktyor heyəti barədə məlumat açıqlanmayıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB