Pakistan təhlükəsizlik qüvvələri Bəlucistan əyalətinin Mastunq rayonunda keçirilən iki ayrı əməliyyat zamanı 15 yaraqlını məhv edib.
Bu barədə şənbə günü hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən dövlət mediası məlumat yayıb.
"Radio Pakistan"ın məlumatına görə, birinci əməliyyat zamanı 5, ikinci əməliyyat zamanı isə 10 yaraqlı məhv edilib. Əməliyyatlar "Fitnə əl-Hindustan" qruplaşmasına qarşı keçirilib.
Reydlər zamanı həmçinin yaraqlıların bir neçə sığınacağı məhv edilib və böyük silah-sursat anbarı aşkar olunub. Təhlükəsizlik qüvvələri Killi-Pasand-Xan, Musa-Xan, Xorasani və Kəftari rayonlarının yaraqlılardan təmizləndiyini bildiriblər.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB