Dönər almaq üçün tələsirdi, maşın vurub öldürdü..

Dönər almaq üçün tələsirdi, maşın vurub öldürdü..

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Fətullayev Çərkəz Elnur oğlu idarə etdiyi avtomobili yolun kənarında saxlayaraq əks tərəfə keçərkən onu minik avtomobili vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Şahidlərin bildirdiyinə görə, mərhum dönər almaq üçün yolu keçirmiş. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə